“Final oyunu ilə bağlı zəruri addımlar atılıb” - Vüsal Kərimli

  27 May 2019    Oxunub : 831
“Final oyunu ilə bağlı zəruri addımlar atılıb” - Vüsal Kərimli
Mayın 29-da UEFA Avropa Liqasının Bakıda keçiriləcək final oyunu zamanı nəzərdə tutulan nəqliyyat əməliyyatlarına cəlb edilən daşıyıcı şirkətlərin məsul şəxsləri, dispetçerlər və xətt dəstə rəisləri ilə görüş keçirilib.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, görüşdə Agentliyin İdarə Heyətinin sədri Vüsal Kərimli paytaxt Bakının nüfuzlu beynəlxalq idman turnirlərinin uğurla keçirildiyi məkana çevrildiyini diqqətə çatdırıb.

Bildirib ki, son illər ölkəmizdə müşahidə edilən hərtərəfli inkişaf, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlər beynəlxalq və qitə miqyaslı idman qurumlarının Azərbaycana marağının artmasına səbəb olub.

İdarə Heyətinin sədri final oyunu ilə bağlı planlaşdırılan tədbirlərin icrası istiqamətində zəruri addımların atıldığını deyib. Vurğulayıb ki, nəqliyyatın işinin təşkili, daşımaların təhlükəsizliyinin təmin edilməsi məzh prosesə cəlb edilən dispetçerlər, xətt dəstə rəisləri və sürücülərin müəyyən edilən vəzifə və funksiyalarını tam məsuliyyətli, yüksək peşəkarlıqla həyata keçirməsindən asılıdır.

İdarə Heyətinin sədri bildirib ki, peşəkar bacarıqlarla yanaşı, qarşıya qoyulan tapşırıqların uğurla icrası baxımından vacib olan digər bir önəmli məqam vətənpərvərlik duyğularıdır. Tövsiyə olunub ki, nəqliyyat xidmətlərinə cəlb edilən hər bir əməkdaş, eyni zamanda, xalqımıza xas qonaqpərvərliyi nümayiş etdirməli, ölkəmizin müsbət imicinin daha da möhkəmlənməsi üçün səylərini səfərbər etməlidir.

Xatırladaq ki, mayın 29-da Bakı vaxtı ilə saat 23:00-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Finalda "Çelsi" ilə "Arsenal komandaları qarşılaşacaq.

Azvision.az

Teqlər: BNA