ABŞ-dan Azərbaycana yeni Qarabağ mesajı

   ABŞ-dan Azərbaycana yeni Qarabağ mesajı
  27 May 2019    Oxunub:2003
"ATƏT-in Minsk qrupunun həmsədri kimi, tərəflərə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və dayanıqlı həlli yollarının tapılmasına kömək göstərməyə sadiq qaldığımızı bildiririk".
Azvision.az xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeonun Azərbaycan xalqına 28 May - Respublika Günü münasibətilə təbrikində bildirilib.

"Biz son zamanlar münaqişənin danışıqlar yolu ilə həlli istiqamətində tərəflərin yüksək səviyyəli iştirakını, həmçinin məhsuldar müzakirələr üçün əlverişli mühitin yaradılması və xalqların sülhə hazırlanması sahəsində göstərilən səyləri təqdir edirik”, - deyə məktubda qeyd olunub.

Azvision.az



Teqlər: Pompeo   ABŞ   Qarabağ  





Xəbər lenti