UEFA prezidenti final üçün niyə Bakını seçdiklərini açıqladı

 UEFA prezidenti final üçün niyə Bakını seçdiklərini açıqladı
  28 May 2019    Oxunub:5301
UEFA prezidenti Aleksander Çeferin Almaniyanın “Der Spiegel” jurnalına müsahibəsində Avropa Liqasının final oyununun keçirilməsi üçün niyə Bakını seçdiklərini açıqlayıb.
“Niyə? Çünki orada yaşayan insanlar futbolu sevirlər. Təkcə İngiltərə və Almaniyada deyil, hər yerdə futbolu inkişaf etdirməliyik. Bakıdakı azarkeşlər canlı futbol görmək istəyində haqlı deyillərmi?! Klublar birbaşa biletləri geri qaytarıblar, çünki hamısını sata bilməyiblər. Yeri gəlmişkən, mən asanlıqla uçuşlar üçün aviabiletlərin olduğunu söylədim. Lakin kimsə bu haqda danışmır. Həmişə UEFA günahkar kimi göstərilir. Bu populizmdir. Hər klubun səyahət edən azarkeşlərini dəstəkləmək üçün konstruktiv təklifi, yaxud fondu olur”, - deyə Çeferin bildirib.

UEFA prezidenti qeyd edib ki, əlbəttə, Bakı Londondan uzaqdır, lakin yeri təyin edərkən finalda hər iki komandanın İngiltərədən olacağı bilinmirdi.

Çeferin erməni əsilli futbolçu Henrix Mxitaryanın təhlükəsizlik bəhanəsi ilə Bakıya gəlməməsinə də toxunub: “Azərbaycan hərtərəfli təhlükəsizlik planı və zəmanət təqdim etdi. Lakin gəlməmək oyunçunun öz qərarı idi”.

Azvision.az



Teqlər: UEFA   Bakı   Avropa-Liqası   Final  





Xəbər lenti