“Nə dediksə, etdik, yenə edərik” - Binəli Yıldırımın şüarı
KİV iddia edir ki, Yıldırım seçki kampaniyasını “Nə dediksə, etdik, yenə biz edərik” şüarı ilə həyata keçirəcək.
Ötən gün AKP-lilər həmin şüarı sosial şəbəkələrdə paylaşıblar. Binəli Yıldırımın özü də “Twitter” hesabından belə bir mesaj paylaşıb: “Yola çıxdığımız ilk gündən bəri məqsədimiz millət, işimiz millət, gücümüz millət oldu. Xəyal edilə bilməyənləri həyata keçirdik. Mümkünsüz olan bir qədər vaxtımızı aldı. Bu millət üçün nə dediksə, etdik. Bu şəhər üçün də xəyal edilən nədirsə, yenə biz edərik”.
Kənan Məmmədov
AzVision.az