Gədəbəydə leysan elektrik təsərrüfatına ciddi ziyan vurub

  28 May 2019    Oxunub : 1250
 Gədəbəydə leysan elektrik təsərrüfatına ciddi ziyan vurub
Gədəbəydə güclü leysan elektrik təsərrüfatına ciddi ziyan vurub.

Bu barədə Azvision.az -a "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.
Onun sözlərinə görə, leysan yağışları qurumun əməkdaşlarının fəaliyyətinə maneə yaradıb: “Güclü yağış-leysanla əlaqədar 35 kVt-luq Slavyanka yarımstansiyasından 10 kVt-luq Slavyanka hava xətti açılıb. Bundan əlavə xəttin dayağı əyilib. Hazırda əməkdaşlarımız baş verən qəzanın nəticələrini aradan qaldırmağa çalışır. Amma mövcud əlverişsiz hava şəraiti təmir-bərpa işlərinə mane olur”.

Azvision.az

Teqlər: Gədəbəy   Elektrik   Azərişıq