Bakı metrosu gecə 4-ə qədər işləyəcək

  29 May 2019    Oxunub : 1242
Bakı metrosu gecə 4-ə qədər işləyəcək
"Bakı Metropoliteni" QSC bu gün və sabah gücləndirilmiş rejimdə işləyəcək.
Azvision.az xəbər verir ki, sərnişinlərin təhlükəsizliyi və rahatlığını təmin etmək məqsədilə əlavə işçi qüvvəsi və texniki vasitələr, o cümlədən xəttə buraxılmaq üçün ehtiyat qatarlar ayrılıb.

Bununla yanaşı, oyunun keçirilməsi üzrə təşkilat komitəsinin müraciətinə əsasən, "Bakı Metropoliteni"nin rəhbərliyi futbol matçının keçiriləcəyi saatlarda iş qrafikində bir sıra dəyişikliklər edib. Futbolu izləyən tamaşaçıların metropolitendən istifadəsini təmin etmək məqsədilə, zərurət yaranacağı təqdirdə, gecə saat 04:00-a qədər sərnişinlərin metropolitenə daxil olması və müvafiq marşrutlar üzrə hərəkət etməsi təmin ediləcək.

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının final oyunu keçiriləcək. Həlledici görüşdə “Arsenal” və “Çelsi” klubları üz-üzə gələcəklər.

Azvision.az

Teqlər: Metro   Bakı