Kreditlərin restrukturizasiyası gecikir? - Palatadan açıqlama

  Kreditlərin restrukturizasiyası gecikir? -    Palatadan açıqlama
  29 May 2019    Oxunub:1948
Maliyyə Bazarlarına Nəzarət Palatası problemli kreditlərin restrukturizasiyası prosesinin gecikdirilməsi barədə məlumatlara aydınlıq gətirib.

Palatanın mətbuat katibi Elşən Allahverdiyev Azvision.az -a açıqlamasında bildirib ki, problemli kreditlərin restrukturizasiya prosesində hər hansı yubanma qeydə alınmayıb.
“Problemli kreditlərin restrukturizasiyası prosesinə başlanılıb və bununla bağlı məlumatlar da paylaşılıb. Proses davam edir, ilin sonuna kimi yekunlaşacaq”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Palata   Kredit  





Xəbər lenti