“Azərbaycan təhlükəsiz ölkədir, Bakıda çox rahat gəzirəm” - İngilis deputat

“Azərbaycan təhlükəsiz ölkədir, Bakıda çox rahat gəzirəm” -  İngilis deputat
  29 May 2019    Oxunub:2734
“Azərbayana gələndə təhlükəsizliklə bağıl narahat idim. Amma gördüm ki, Azərbaycan təhlükəsiz ölkədir”.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən “Azərbaycan Avropa məkanında” adlı konfransda Avropa Parlamentinin İngiltərədən olan üzvü Netan Gill bildirib.

İngilis deputat Bakı küçələrində çox rahat gəzdiyini deyib: “Küçədə çox rahat gəzirdim. Dünən Respublika Günündə şəhərdə ailələrin necə rahat gəzdiyini görürdüm. Bu, təhlükəsizliyin göstəricisidir. Bilmirdim ki, Azərbaycan necə inkişaf edib. Artıq Azərbaycana səfər etdim və bunu gördüm. Qayıdanda bunu deyəcəyəm. Bu, həm də lobbi fəaliyyəti olmuş olacaq”.

Anar Kəlbiyev
Azvision.az



Teqlər: Avropa   Deputat  





Xəbər lenti