“Poroşenko mənə üç dəfə baş nazir olmağı təklif edib” - Saakaşvili

  29 May 2019    Oxunub : 2215
 “Poroşenko mənə üç dəfə baş nazir olmağı təklif edib” - Saakaşvili
“Poroşenko üç dəfə mənə baş nazir olmağı təklif etdi. Mən də hər dəfə bundan imtina etdim”

Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın sabiq prezident Mixail Saakaşvili bildirib. O, hazırda özünü baş nazir vəzifəsində görmədiyini deyib: “Şəraitlər fərqli ola bilər, amam özümü vəzifədə görmürəm”.
Saakaşvili Ukrayna üçün çox darıxdığını, orada olan dostları ilə görüşmək istədiyini vurğulayıb.

Qeyd edək ki, ötən gün Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin vətəndaşlığını bərpa edib.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Saakaşvili