“Mxitaryanla bağlı yazılanlar məni maraqlandırmır” - Çeferin

  “Mxitaryanla bağlı yazılanlar məni maraqlandırmır” -    Çeferin
  29 May 2019    Oxunub:2257
"Bakı UEFA Avropa Liqasının finalın tam hazırdır. Hər şey yaxşı səviyyədə təşkil edilib. Bakı yüksək səviyyədə qonaqpərvərlik nümayiş etdirir".
Azvision.az xəbər verir ki, bunu UEFA prezidenti Aleksandr Çeferin Bakıda keçirilən mətbuat konfrasında deyib.

Onun sözlərinə görə, futbol üçün məsafə olmamalıdır: "Məsafə haqqında danışsaq, Bakıdan Londona və Dublinə də uzaqdır. Mən belə şeylərə qarşıyam".

Çeferin, həmçinin "Arsenal"ın futbolçusu Henrix Mxitaryanla bağlı Ermənistan mətbuatında yayılan məlumatlara münasibət bildirib. Qeyd edib ki, Mxitaryanın Azərbaycana gəlməməsi ilə bağlı yazılanlar onu maraqlandırmır.

"Bu məsələni şərh etmək istəmirəm. Azərbaycan hökuməti bütün təminatları verdi. Bu, Mxitaryanın şəxsi qərarı idi".

Azvision.az



Teqlər: UEFA   Çeferin  





Xəbər lenti