Xarici azarkeşlərin Bakı haqqında dedikləri - VİDEO

   Xarici azarkeşlərin Bakı haqqında dedikləri -    VİDEO
  30 May 2019    Oxunub:14226
Bu gün Bakıda əsl futbol bayramı yaşanır. UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçiriləcək final oyunu ilə əlaqədar ölkəmizə minlərlə əcnəbi azarkeş gəlib.
Paytaxt sanki böyük bir futbol arenasına çevrilib. Səhər saatlarından başlayaraq şəhərdə xoş ab-hava hökm sürür. Futbolsevərlər Bakının mərkəzi yerlərinə baş çəkərək həm istirahət edir, həm də sevimli komandalarını dəstəkləmək üçün həyəcanla finalın başlamasını gözləyirlər.

Bakıya ilk dəfə gələn qonaqlar şəhərin gözəlliyindən valeh olduqlarını gizlətmirlər. Hətta Bakını belə müasir və təhlükəsiz şəhər kimi təsəvvür etmədiklərini, bura gələndən sonra tamam başqa mənzərə ilə rastlaşdırlarını bildirirlər.



Qeyd edək ki, bu gün Bakıda Avroliqanın finalı keçiriləcək. Saat 23:00-da başlayacaq görüşdə İngiltərənin "Arsenal" və "Çelsi" klubları çempionluq uğrunda mübarizə aparacaqlar.

Video: Əhməd Xəlilov / Bəxtiyar Məmmədov
Azvision.az



Teqlər: Final   Bakı  





Xəbər lenti