Ukraynada helikopter qəzası - 5 nəfər öldü

  30 May 2019    Oxunub : 929
 Ukraynada helikopter qəzası - 5 nəfər öldü
Ukrayna Silahlı Qüvvələri Quru Qoşunlarının Mi-8 helikopteri təlim uçuşu zamanı qəzaya uğrayıb.
Azvision.az TASS-a istinadən xəbər verir ki, qəza nəticəsində 5 nəfər həlak olub.Helikopter Rivne vilayətinin Sestryatin kəndi yaxınlığında yerə düşüb.

Hazırda Müdafiə Nazirliyinin, Ukrayna Silahlı Qüvvələri Quru Qoşunları Komandanlığının komissiyası hadisə yerindədir. Qəzanın səbəbləri araşdırılır.

Azvision.az

Teqlər: Ukrayna   Helikopter   Qəza