“Bəzi məqamlarda jurnalistlərin yazdıqları həqiqət olur” - Əflatun Amaşov

 “Bəzi məqamlarda jurnalistlərin yazdıqları həqiqət olur” -    Əflatun Amaşov
  30 May 2019    Oxunub:1646
İl ərzində Mətbuat Şurasına 600-700 yazılı şikayət daxil olur. Şikayətlərin minumum 30 faizə qədəri məktəblərdən, müəllimlərdən, direktorlardan gəlir.
Azvision.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov media nümayəndələri üçün keçirilən təlimdə çıxışı zamanı deyib.

MŞ sədri bildirib ki, şikayətlər əsasən müxtəlif saytlarda onlar haqqında qərəzli və düzgün olmayan informasiyaların yayılması ilə bağlı olur.

"Bəzi məqamlarda jurnalistlərin yazdıqları həqiqət olur. Lakin əksər hallarda şikayət verən tərəf daha haqlı olur və o zaman biz tövsiyyələrimizi veririk. Bəzən saytlarda, sosial şəbəkələrdə məktəblərlə bağlı paylaşımlar elə təəssürat yaradır ki, sanki Azərbaycanda müəllimlər savadsızdır, tanış olmasa, pul verilməsə müəllim qiymət yazmayacaq və məktəblərdə rüşvət tüğyan edir. Bu cür saytların sayı təəssüf ki, çoxdur".

Ə.Amaşov qeyd edib ki, valideynlər tərbiyə ilə bağlı missiyalarını məktəbdən gözləyirlər: "Amma unudurlar ki, tərbiyə ailəyə xas olan xüsusiyyətdir, tərbiyəni valideyn verir. Təhsillə bağlı qanunlar qəbul edilir, lakin onların açılışı, araşdırması verilmir. Təhsilin Azərbaycanın ictimai mədəni həyatında oynadığı rol çatdırılmalıdır".

Aytən Zəhra
Azvision.az





Teqlər: Əflatun-Amaşov   Mətbuat-Şurası  





Xəbər lenti