“Ölkədən çıxmadan saxta həkimlik dərəcələri alırlar” - Nazir müşaviri

“Ölkədən çıxmadan saxta həkimlik dərəcələri alırlar” -    Nazir müşaviri
  30 May 2019    Oxunub:2126
"Son illər xaricdə təhsil alan gənclərin sayı artır. Lakin bəzən xaricdə təhsillə bağlı müəyyən sui-istifadə halları da olur".

Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən, təhsil nazirinin müşaviri Həsən Həsənli deyib.
Nazirlik rəsmisi bildirib ki, söhbət saxta sənədlərdən, keyfiyyətli təhsil almaqdan yox, bərabər və ədalətli rəqabətin dəstəklənməsindən gedir: "Çünki bəzən o halların şahidi oluruq ki, bəzilərinin ölkədən çıxmadan həkimlik dərəcələri alınır, yaxud 4 il təhsil aldığı ölkənin dilini bilmir. Təbii ki, belə şəxslərin sənədləri saxtadır. Gələcək həkimlər, müəllimlər, mühəndislər sağlam və keyfiyyətli iqtisadiyyatın formalaşmasında xüsusi rol oynamalıdır. Əmin olmaq lazımdır ki, bu işlərdə bərabərlik prinsiplərinə ciddi əməl olunur".

H.Həsənli qeyd edib ki, bu gün ictimaiyyətdə işəgötürən diploma, sertifikata yox, biliyə, bacarığa səriştəyə diqqət göstərir: "Təhsilin əl çatımlığı ilə yanaşı, keyfiyyətə də diqqət etməliyik. Valideynlər və gənclər diqqətli olmalıdır ki, təhsil aldıqları müəssisənin diplomları həmin ölkədə tanınırmı?!".

Aytən Zəhra
Azvision.az





Teqlər: Təhsil-Nazirliyi  





Xəbər lenti