Məktəblilərin vahid geyim formaları olacaq

   Məktəblilərin vahid geyim formaları olacaq
  30 May 2019    Oxunub:2612
Azərbaycanda məktəblilərin vahid geyim formaları olacaq.

Azvision.az xəbər verir ki, bunu təhsil nazirinin müavini İdris İsayev media üçün təlimdə yeni qəbul olunan "Ümumi təhsil haqqında" Qanunla bağlı çıxışı zamanı deyib.
Nazir müavini qeyd edib ki, yeni qəbul edilən qanunda məktəbli geyim formalarının eyni olması ilə bağlı müddəa yer alıb:

"Əvvəllər məktəblər formalarını özləri müəyyənləşdirirdilər. Lakin yeni qanunla bir neçə geyim formasının təsviri Nazirlər Kabineti tərəfindən təsdiq olunacaq. Təhsil müəssisəsi bunlardan birini seçib tətbiq etməlidir. Heç bir məktəb Nazirlər Kabinetinin təsdiq etdiyi təsvirdən kənara çıxa bilməz".

Aytən Zəhra
Azvision.az




Teqlər: İdris-İsayev  





Xəbər lenti