“Xəzər Neft və Qaz-2019” sərgisi - FOTOREPORTAJ

  30 May 2019    Oxunub : 1040
 “Xəzər Neft və Qaz-2019” sərgisi - FOTOREPORTAJ
Bakı Sərgi Mərkəzində Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgisi keçirilir. Sayca 26-cı sərgidə dünyanın bir sıra ölkələri təmsil olunur.

Tanınmış beynəlxalq platforma kimi nüfuz qazanan və bölgəmizin neft-qaz sənayesinin mühüm tədbiri olan sərgi hər il Xəzər regionunun əsas neft-qaz layihələrini müzakirə etmək üçün mühüm platforma hesab edilir.
Sərgidə iştirak edən şirkətlər neft hasilatı və enerji resurslarının daşınması, neft-qaz saxlama sistemlərinin təmin edilməsi üzrə avadanlıq, xidmət və innovativ texnologiyaların geniş çeşidini, platforma və üzən qazma qurğularını, boruların çəkilməsi və boru kəmərlərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi, eləcə də servis xidmətlərini təqdim edirlər.

Azvision.az-ın sərgidən hazırladığı fotoreportajı təqdim edirik:









































FOTO: Şahin Sərdarov
Azvision.az

Teqlər: Sərgi   Bakı