Anar Bağırov: “Regionlarda vəkillərin sayı azdır”

  31 May 2019    Oxunub : 727
 Anar Bağırov: “Regionlarda vəkillərin sayı azdır”
"Vəkillər Kollegiyasında son 6 ay ərzində 2 dəfə imtahan keçirilib və imtahanlar mütəmadi davam etdirilir".
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, sentyabr ayında yenidən imtahan olacaq: "Ola bilsin ki ilin sonunda daha bir imtahan keçirilsin. Çünki vəkilliyə kifayət qədər böyük maraq var. Hər gün bir neçə namizəd sənəd verib vəkil olmaq istəyir".

A.Bağırov qeyd edib ki, imtahanlar şəffaf və asan keçir: "Biz istəyirik ki daha çox hüquqşünas vəkilliyə qəbul edilsin. Çünki regionlarda vəkillərin sayı azdır. Bütün bu islahatların da bir məqsədi var. Bu da vəkillik institutunun stimullaşdırılması, regionlarda vəkillərin sayının artırılmasıdır".

Elvin Abdulqədirov
Azvision.az

Teqlər: Anar-Bağırov