Məktəbə gec gedənlərə gündə 12-13 saat dərs keçilir

  31 May 2019    Oxunub : 933
 Məktəbə gec gedənlərə gündə 12-13 saat dərs keçilir
Azərbaycanda fərdi təhsilə cəlb edilən 15 yaşa qədər şəxslər I sinfə başlayan şagirdlərin təxminən 0,01 faizini təşkil edir.
Azvision.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Firidun Həmzəyev deyib.

Nazirlik rəsmisi bildirib ki, fərdi təhsilə cəlb edilmiş şəxslərə gün ərzində 12-13 saat dərs keçirilir: "Onlar 8-ci sinifdən sonra eksternat qaydada imtahan verir, attestat alırlar. Fərdi təhsilə cəlb edilən şəxslərə 25 yaşa qədər dərs keçirilir. Bu şəxslər əsasən müxtəlif səbəblərdən, yəni ailə problemləri və yaşayış yerlərini dəyişmələri nəticəsində təhsildən yayınırlar".

Aytən Zəhra
Azvision.az

Teqlər: Təhsil-Nazirliyi