ABŞ-da insanlar atəşə tutuldu - 11 ölü var

  01 İyun 2019    Oxunub : 1083
 ABŞ-da insanlar atəşə tutuldu - 11 ölü var
ABŞ-ın Virciniya-Biç şəhərində bələdiyyə binasına silahlı hücum olub.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 11 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

Polisin yaydığı məlumata əsasən, silahlı şəxs bələdiyyə binasına daxil olaraq qarşısına çıxan insanlara atəş açıb. Polis dərhal hadisə yerinə gəlib.

Atışma nəticəsində cinayətkar şəxs öldürülüb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Azvision.az

Teqlər: ABŞ   İnsident   Sİlah