Türkiyə-İran sərhəddində atışma: Şəhid və yaralılar var

   Türkiyə-İran sərhəddində atışma:    Şəhid və yaralılar var
  01 İyun 2019    Oxunub:1998
Türkiyə-İran sərhəddinin İğdırdan keçən hissəsində türk hərbçilərlə PKK terrorçuları arasında atışma olub.
AzVision.az xəbər verir ki, nəticədə, 2 hərbçi şəhid olub, 5-i yaralanıb.

Yaralılar İğdırda yerləşən xəstəxanalara yerləşdirilib. Hadisənin digər təfərrüatları barədə məlumat verilmir. Atışmadan sonra Türkiyə ordusu bölgədə PKK-ya qarşı genişmiqyaslı əməliyyata başlayıb.




Kənan Məmmədov
Azvision.az


Teqlər: Iğdır   İran   Türkiyə  





Xəbər lenti