"Çalışırıq ki, əhalinin sağlamlığı təhdid altında qalmasın" - Agentlik sədri

   "Çalışırıq ki, əhalinin sağlamlığı təhdid altında qalmasın" -    Agentlik sədri
  01 İyun 2019    Oxunub:1725
Qida Təhlükəsizliyi İnstitutunun nəzdində 21 laboratoriya fəaliyyət göstərir. Bu laboratoriayalardan 6-sı Abşeronda, 15-i isə regionlarda yerləşir.
Azvision.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib. O bildirib ki, dövri olaraq bütün laborator müayinələrə nümunələr götürülür, ekspertizalar aparılır.

"Keyfiyyəti və təhlükəsizlik göstəriciləri şübhəli bilinən məhsulların idxalı zamanı idxalı, istehsal prosesində aşkarlandıqda isə istehsalı qadağan olunur. Əgər keyfiyyətindən və təhlükəsizlik göstəricilərində problem varsa, müvafiq olaraq tədbirlər həyata keçirilir".

Agentlik sədri qeyd edib ki, mövsümi xarakterli tədbirlər planı imzalanıb və regional bölmələr artıq həmin tədbirlər planını həyata keçirir. "Biz maksimum çalışırıq ki, havaların isti keçməsi bizim qidaları təhlükəsiz hala salmasın ki, əhalinin sağlamlığı təhdid altında qalmasın".

Aytən Zəhra
Azvision.az


Teqlər: AQTA   Sədr  





Xəbər lenti