Abşeron xəstəlikdən azad zona elan ediləcək

   Abşeron xəstəlikdən azad zona elan ediləcək
  01 İyun 2019    Oxunub:1724
Müvafiq dövlət qurumları ilə birgə Abşeron xəstəlikdən azad zona elan ediləcək.
Azvision.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

Agentlik sədri bildirib ki, 2019-2025-ci il Dövlət Proqramı çərçivəsində heyvanların identifikasiyasını və onun bütün mərhələlərdə izlənmə prosesini həyata keçirəcəyik.

"Hazırda Abşeron ərazisində həm fərdi təsərrüfatların, həm sahibkarlıq strukturlarında olan təsərrüfatların hamısında qeydiyyat aparılır. Qeydiyyat prosesi bitdikdən sonra elan verəcəyik və müvafiq qaydada Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının qoyduğun prosedur qaydalara əsasən tədbirlərimizi həyata keçirməyə başlayacağıq".

Aytən Zəhra
Azvision.az


Teqlər: AQTA   Agentlik   Sədr  





Xəbər lenti