Bulvarda itən uşaq tapıldı - FOTO

Bulvarda itən uşaq tapıldı -  FOTO
  01 İyun 2019    Oxunub:2588
Dənizkənarı Milli Parkda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən tədbirdə bir azyaşlı valideynlərinin nəzarətindən yayınaraq itib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, ərazidə xidmət aparan polis əməkdaşlarının diqqətini çəkib.

Səbail Rayon Polis İdarəsi əməkdaşları dərhal azyaşlını sakitləşdirərək valideynlərini tapmaq üçün müvafiq tədbirlərə başlayıb. Polis əməkdaşı qısa vaxtda azyaşlının valideynlərini taparaq uşağı onlara təhvil verib.



Azvision.az


Teqlər: DİN   Bulvar  





Xəbər lenti