291 ədəd partlamamış hərbi sursat tapılıb

  01 İyun 2019    Oxunub : 1090
 291 ədəd partlamamış hərbi sursat tapılıb
Ötən ay ərzində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi tərəfindən Ağdam, Ağstafa, Cəbrayıl, Füzuli, Goranboy, Xocavənd, Qazax, Tərtər, Yevlax rayonları, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Lənkəran şəhərləri ərazisində 551,987 m² (55.20 ha) ərazi yoxlanılıb, 291 ədəd partlamamış hərbi sursat (PHS), 1 ədəd piyada əleyhinə mina və 6 ədəd tank əleyhinə mina (cəmi: 298 ədəd) aşkar edilərək zərərsizləşdirilib.
Agentliyin Mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, əməliyyatlarda 472 nəfər əməliyyat heyəti, 128 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 38 minaaxtaran it iştirak edib.

İndiyədək 534,451,206 m² (53,445.12 ha) ərazi təmizlənmiş, 803,597 ədəd mina və partlamamış hərbi sursat (PHS) tapılaraq zərərsizləşdirilib.

May ayı ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 3, Daxili İşlər Nazirliyinin (DİN) ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 10, Dövlət Sərhəd Xidmətindən (DSX) 2, rayon polis şöbələrindən 2, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) 1 müraciət daxil olub.

Müraciətlər əsasında 15 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Ağdam, Ağstafa, Goranboy, Xocavənd, Qazax, Tərtər, Yevlax rayonları, Bakı, Gəncə, Sumqayıt, Şirvan, YevlaxLənkəran şəhərləri ərazisində 3,980 kv.m ərazi yoxlanılmış, 110 ədəd partlamamış hərbi sursat (PHS), 1 ədəd piyada əleyhinə mina, 6 ədəd tank əleyhinə mina (cəmi: 117 ədəd) və 6,491 ədəd müxtəlif çaplı patronlar aşkar edilərək yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Agentliyin Mərkəzi Məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

May ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Azvision.az

Teqlər: ANAMA   Hərbi-Sursat