Rusiyada partlayış olub, 39 nəfər yaralanıb

  01 İyun 2019    Oxunub : 915
Rusiyada partlayış olub, 39 nəfər yaralanıb
Rusiyanın Nijeqorod vilayətində yerləşən “Kristal” zavodunda bir neçə partlayış baş verib.
Azvision.az xəbər verir ki, partlayış yanğına səbəb olub. Hadisə nəticəsində 39 nəfər xəsarət alıb. Yaralılardan 4 nəfərin vəziyyəti ağırdır. Partlayışla əlaqədar Dzerjinskdə və üç qəsəbədə fövqəladə vəziyyət elan olunub.

Azvision.az

Teqlər: Rusiya   Zavod   Partlayış