Cavid Hüseynov "Qəbələ"dən ayrıldı

Cavid Hüseynov "Qəbələ"dən ayrıldı
  01 İyun 2019    Oxunub:2421
"Qəbələ" klubu Cavid Hüseynovla yollarını ayırıb.
Azvision.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, 31 yaşlı futbolçu 2019-2020-ci illər mövsümündən “qırmızı-qaralar”ın formasını geyinməyəcək.

Qeyd edək ki, "Qəbələ"nin heyətində 2014/15 mövsümündə debüt edən yarımmüdafiəçi keçirdiyi 117 oyunda 20 qol vurub. Cavid Premyer Liqada 87 matçda rəqib qapılarından 15 top keçirib. Ölkə kubokunda 19 matça çıxan futbolçu 2 qola sevinib. O, UEFA Avropa Liqasının 11 görüşündə 3 dəfə fərqlənib. Orta sahə oyunçusu “qırmızı-qaralar”ın heyətində üç dəfə Premyer Liqanın mükafatını qazanıb. O, 2014/15 mövsümündə bürünc, 2016/17 və 2017/18 mövsümlərində gümüş medala yiyələnib. 2018/19 mövsümündə Azərbaycan kubokunu başı üzərinə qaldıran futbolçu 2016/17 və 2017/18 mövsümlərində yarışın finalçısı olub. Keçirdiyi 117 matçdan 72-də meydana komandanın kapitanı kimi çıxıb.

Azvision.az



Teqlər: Qəbələ   Cavid-Hüseynov  





Xəbər lenti