“Liverpul” 6-cı dəfə Çempionlar Liqasının qalibi oldu - FOTOLAR

  02 İyun 2019    Oxunub : 1803
“Liverpul” 6-cı dəfə Çempionlar Liqasının qalibi oldu - FOTOLAR
UEFA Çempionlar Liqasında 2018-2019-cu il mövsümünün qalibi müəyyənləşib.

Azvision.az xəbər verir ki, İspaniyanın paytaxtı Madriddə "Vanda Metropolitano" stadionunda keçirilən final matçında iki ingilis klubu – “Tottenhem” və “Liverpul” üz-üzə gəlib.
Maraqlı anlarla yadda qalan görüş Yurgen Kloppun komandasının 2:0 hesablı qələbəsilə yekunlaşıb. Bununla da, "Liverpul" tarixində 6-cı dəfə Çempionlar Liqasının qalibi olub.

Qeyd edək ki, “Liverpul” qitənin ən nüfuzlu klub turnirini bundan əvvəl 1977-ci, 1978-ci, 1981-ci, 1984-cü və 2005-ci illərdə qazanıb.























Azvision.az

Teqlər: UCL   Liverpul