Azvision.az AzərTac-a istinadən xəbər verir ki, yolda hərəkətdə olan “Niva” markalı avtomobilin sürücüsü Əbülfət Səfərovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi aşıb. Sürücü və sərnişinləri olan Lerik rayon sakinləri - Sərəngül Səfərova, Nazim Şahmuradov, Aytac və Aytəkin Səfərovalar müxtəlif dərəcələri bədən xəsarətləri alıblar.
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Həkimlərin səylərinə baxmayaraq, Aytəkin Səfərovanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar aparılır.
Azvision.az