Masazırda ağır qəza, sürücü həlak oldu

Masazırda ağır qəza, sürücü həlak oldu
  03 İyun 2019    Oxunub:3230
Abşeron rayonunun Masazır qəsəbəsində “LADA” markalı minik avtomobili ilə “Shacman” markalı yük avtomobili toqquşub.
Azvision.az FHN-ə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilinin sürücüsü 1997-ci il təvəllüdlü Allahverdiyev Murad Taleh oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az




Teqlər: FHN   Qəza  





Xəbər lenti