42 min nəfərin kredit borcu bağlanıb

 42 min nəfərin kredit borcu bağlanıb
  03 İyun 2019    Oxunub:2321
Prezident İlham Əliyevin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanı çərçivəsində kredit təşkilatları 126 mindən çox borcalanın kreditləri üzrə hesablanmış 107 milyon manata yaxın faiz və dəbbə pullarını silib və bu proses davam edir.
Azvision.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı birgə məlumatda bildirilib.

Məlumatda, həmçinin qeyd edilib ki, 42 min borcalanın kreditləri tamamilə bağlanıb, 10 minə yaxın borcalanın 11 milyon manat məbləğindəki kreditləri güzəştli şərtlərlə restrukturizasiya edilib və bu proses ilin sonuna qədər davam edəcək.

Azvision.az


Teqlər: Kredit   Borc   Fərman  





Xəbər lenti