İki qardaş həbsxanaya narkotik keçirmək istədi - FOTO

İki qardaş həbsxanaya narkotik keçirmək istədi -    FOTO
  03 İyun 2019    Oxunub:1606
Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına narkotik maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Penitensiar xidmətdən Azvision.az -a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən həbs edilmiş şəxs Mustafayev Fərid Fərhad oğluna qardaşı Ağsu şəhər sakini Mustafayev Fuad Fərhad oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman soğanın içərisində gizlədilmiş 1 ədəd şəffaf selofan bükülüdə 0,183 qram limon duzu və 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş 0,595 qram narkotik maddə “heroin” aşkar edilib.



Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrinə əsasən həbs edilmiş şəxs Derakhshansaghezchi Hamdollah Mashiatollahın qardaşı İran İslam Respublikasının Astara şəhər sakini Derakhshan Mearaj Mashiatollah tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman iki cüt qara rəngli coraba hopdurulmuş 1,899 qram narkotik maddə “tiryək” aşkar edilib.

Hər iki faktla bağlı araşdırma aparılır.



Azvision.az


Teqlər: Narkotik   İran  





Xəbər lenti