ABŞ-dan İrana yeni saziş təklifi - Pompeo zəmanət verir

 ABŞ-dan İrana yeni saziş təklifi -  Pompeo zəmanət verir
  03 İyun 2019    Oxunub:1856
“ABŞ İranla heç vaxt nüvə silahı istehsal etməyəcəyinə zəmanət verən sazişi imzalamağa hazırdır”
Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Mayk Pompeo “Rheinische Post” qəzetinə müsahibəsində deyib.

“Biz zəmanət veririk ki, İranın heç vaxt nüvə silahı olmayacaq. İran dünyanı təhdid edən nüvə silahının hazırlanması imkanlarını inkişaf etdirməyəcəyi ilə bağlı söz verərsə, biz onlarla saziş imzalamağa hazırıq”, - deyə Pompeo bildirib.

2015-ci ildə İranla imzalanan sazişə toxunan dövlət katibi vurğulayıb ki, ABŞ prezidenti Donald Trampın fikrincə, bu saziş İranın nüvə silahı əldə etməsinə yol açır: “Mən də elə hesab edirəm. Bu, qəbuledilməzdir, ona görə biz sazişdən çıxdıq”.

“Biz eyni zamanda İrandan, xüsusilə Almaniyada, Avropanın mərkəzində edilən digər təhdidlərə göz yuma bilmərik. İranın raket proqramı inkişaf edir. İran dünyanın hər yerində “Hizbullah” hərəkatının üzvlərini yerləşdirir, Avropada hücumlar təşkil edir”, - deyə Pompeo əlavə edib ki, nüvə razılaşması bu mənada heç nəyi dəyişdirməyib

Dövlət katibi hesab edir ki, ABŞ-ın sanksiyaları İranı öz siyasi kursunu dəyişdirməyə və danışıqlar masası arxasına keçməyə məcbur edər. “Biz gözləyirik ki, İran bunu edəcək. Prezident Tramp dəfələrlə bu barədə deyib və qeyd edib ki, İran hazır olsa, biz də danışıqları təzədən başlamaya hazırıq”.

Pompeonun fikrincə, sanksiyalar nəticəsində İrana dəstək verən qüvvələrin əvvəlkindən daha az hərbi vəsaitləri qalıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: ABŞ   İran   Pompeo  





Xəbər lenti