Cinayət törədən 57 nəfər saxlanılıb

   Cinayət törədən 57 nəfər saxlanılıb
  03 İyun 2019    Oxunub:1718
Ötən həftənin sonu (1-2 iyun) respublikanın daxili işlər orqanları tərəfindən iki gün ərzində törədilən 48 cinayətin üstü “isti izlər”lə açılıb.
DİN-nin Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 14 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmüəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: DİN   cinayət  





Xəbər lenti