Güləşçimiz erməni rəqibini 9:0 hesabı ilə məğlub etdi

Güləşçimiz erməni rəqibini 9:0 hesabı ilə məğlub etdi
  03 İyun 2019    Oxunub:2233
Bu gün İspaniyanın Pontevedra şəhərində gənc güləşçilər arasında Avropa çempionatı start götürüb.
Azvision.az -ın məlumatına görə, ilk yarış günündə 55, 63, 77, 97 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizə aparır.

Zaur Əliyev Avropa çempionatına iddialı start verib. Güləşçimiz ilk görüşdə Bolqarıstan idmançısına ilk hissə bitmədən qalib gəlib. Əliyev növbəti görüşü də vaxtından əvvəl qələbəylə başa vurub. Zaur 1/4 finalda Danimarka təmsilçisinə gücünü göstərərək adını yarımfinala yazdıran ilk güləşçimiz olub. Zaur Nuriyev də yarışa zəfərlə başlayıb. Təmsilçimiz portuqaliyalı rəqibini cəmi 36 saniyəyə məğlub edib. Ancaq Nuriyev 1/4 finalda gürcü həmkarına yenilib. Nəsir Həsənov debütdə Ukraynalı güləşçiylə qarşılaşıb. Həmyerlimiz 3:0 önə keçsə də, üstünlüyü əldən verərək uduzub.

Laçın Vəliyev yarışa inamlı start verib. Yığma üzvü ilk hissədə Finlandiya təmsilçisinə qalib gəlib. Laçın 1/8 finalda prinsipial qarşılaşmada erməni rəqibinə də heç bir şans tanımayaraq parlaq qələbə qazanıb. Ancaq Vəliyev 1/4 finalda Macarıstan idmançısına müqavimət göstərə bilməyib.

Sərxan Məmmədov da ilk görüşdə ciddi problemlə üzləşməyib. O, Çexiyadan olan rəqibini vaxtından əvvəl məyus edib. Ancaq Məmmədov 1/4 finalda macar həmkarına məğlub olub.

Qeyd edək ki, yarımfinal görüşləri Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

55 kq
1/8 final - Zaur Əliyev - Denis Krasimirov Demirov (BUL) 9:0
1/4 final - Zaur Əliyev - Nikolay Soheyl Məhəmmədi (DEN) 12:1
1/2 final - Zaur Əliyev - Pridon Abuladze (GEO)

63 kq
1/8 final - Zaur Nuriyev - Daniel Morais Kaldas (POR) 8:0
1/4 final - Zaur Nuriyev - Leri Abuladze (GEO) 0:2

77 kq
Təsnifat - Nəsir Həsənov - Dmitri Vasetski (UKR) 3:6

87 kq
Təsnifat - Laçın Vəliyev - Juho Matias Pahikaynen (FİN) 9:0
1/8 final - Laçın Vəliyev - Hakob Baqdasaryan (ARM) 9:0
1/4 final - Laçın Vəliyev - David Losonşi (HUN) 2:7

130 kq
Təsnifat - Sərxan Məmmədov - Markel Albini (CZE) 12:3
1/4 final - Sərxan Məmmədov - Dariuş Atilla Vitek (HUN) 1:3

Azvision.az


Teqlər: Güləş  





Xəbər lenti