“ABŞ yeni dünya quruluşu yaratmaq istəyir” - Lavrov

  04 İyun 2019    Oxunub : 1450
“ABŞ yeni dünya quruluşu yaratmaq istəyir” - Lavrov
ABŞ “kim güclüdür, o haqlıdır” prinsipi əsasında yeni dünya quruluşu yaratmaq istəyir.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

XİN rəhbəri bildirib ki, bu gün keçmişi təhrif edən Qərb siyasətçiləri və təbliğatçıları ictimaiyyəti İkinci Dünya müharibəsinin sonunda BMT-nin nizamnaməsində təsdiqlənmiş dünya nizamının ədalətinə şübhə etməyə məcbur edirlər. Mövcud olan beynəlxalq-hüquq sisteminin çökdürülməsinə, onun hansısa "qaydalara əsaslanan quruluşla" əvəz edilməsinə istiqamət götürülüb.

Lavrov qeyd edib ki, “cəngəllik qanunu” əsasında “kim güclüdür, o haqlıdır” prinsipi ilə dünya yaratmağa çalışırlar.

"Bu, hər şeydən əvvəl ABŞ-a və XX əsr tarixinin amerikansayağı dərk edilməsinə aiddir. Orada hələ də “iki yaxşı müharibə” təsəvvürü yayılır. Nəticədə Amerika Qərbi Avropada və dünyanın digər bölgələrində hərbi üstünlüyünü təmin etdi, öz gücünə inamı artırdı, iqtisadi sıçrayış yaşadı və dünya liderinə çevrildi".

XİN rəhrbəri ABŞ-ın "Militarist Rusiya" imicini həvəslə yaratdığına diqqət çəkib: "Onların tarixinin böyük bir hissəsi işğalçı müharibələrin nümunəsidir. 243 ildir "Amerika müstəsna"lığı, müdaxiləçilik Vaşinqtonun xarici siyasətinin tərkib hissəsidir. ABŞ gücdən istifadə edilməsini daxili siyasi məsələlər də daxil olmaqla, bir çox məsələləri həll etməli olan "məcburedici diplomatiyanın" təbii elementi kimi qəbul edir”.

Şahanə Rəhimli
Azvision.az

Teqlər: Rusiya   XİN   Lavrov