Bələdiyyə sədri Hacı Muradın nəşinin oğurlanmasını təsdiqlədi

 Bələdiyyə sədri Hacı Muradın nəşinin oğurlanmasını təsdiqlədi
  04 İyun 2019    Oxunub:7430
“Hacı Muradın məzarı gizlincə qazılıb, nəşi oradan çıxarılıb”

Bu barədə Azvision.az -a açıqlamasında Qax rayonunun Qıpçaq bələdiyyəsinin sədri Aydın Qurbanov məlumat verib. Bələdiyyə sədri Hacı Muradın məzarının olduğu yerə baş çəkdiyini deyib.
“Həmin yer qazılıb, nəşi oradan çıxarılıb. Qəbrin üstündə döşəmə ağ lay daşlar var idi, onların hamısı götürülüb. Qəbir qazılıb, sümüklər çıxarılıb, sonra qəbrin üstünə torpaq töküblər. Polislər hadisə yerinə baxış keçirib, vəziyyətlə tanış olublar”.



Qeyd edək ki, IX əsrin ortalarında Qafqaz müharibəsində dağlıların liderlərindən biri olmuş Hacı Muradın nəşinin Qaxın Tanqıt kəndindən gizli yolla çıxarılaraq Dağıstanın Xunxaz rayonuna aparılması, orada dəfn edilməsi ilə bağlı məlumatlar yayılıb.

Şahanə Rəhimli
Azvision.az


Teqlər: Qax   Hacı-Murad  





Xəbər lenti