Rusiya tərəfi Trampın dediklərini yalanladı

  Rusiya tərəfi Trampın dediklərini yalanladı
  04 İyun 2019    Oxunub:2204
“Rusiya öz mütəxəssislərini Venesueladan çıxarmayıb və bununla bağlı Vaşinqtona müvafiq bildiriş göndərməyib”.

Azvision.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O, ABŞ prezidenti Donald Trampın Rusiyanın “öz adamları”nı Venesueladan çıxarması ilə bağlı Vaşinqtona bildiriş göndərməsi barədə dediklərini yalanlayıb.
“Çox güman ki, bu, hansısa qəzet məlumat mənbələrinə dolayı istinaddır”,- deyə Peskov vurğulayıb.

“The Wall Street Journal” isə iddia edir ki, Rusiya hərbi məsləhətçilərinin əksəriyyətini Venesueladan geri çağırıb. Rəsmi Moskva isə deyilənləri birmənalı şəkildə təkzib edib.

Qeyd edək ki, bu ilin yanvar ayının əvvəlində Venesuelanın müxalifət lideri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Bundan sonra ölkədə vəziyyət gərginləşməyə başlayıb. Onun "hakimiyyəti" ABŞ, Latın Amerikası və Avropanın bir sıra ölkələri tərəfindən tanınsa da, Rusiya hazırda ölkə rəhbəri olan Nikolas Maduronun hakimiyyətini dəstəkləyir.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Rusiya   Tramp   ABŞ   Venesuela  





Xəbər lenti