“Yeni nazirdən sonra ixrac kəskin artıb” - Deputat

   “Yeni nazirdən sonra ixrac kəskin artıb” -    Deputat
  04 İyun 2019    Oxunub:3196
Qeyri-neft sektronun inkişafına kifayət qədər vəsait ayrılır. İstəyirik ki, bu sektor inkişaf etsin.
Azvision.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

Deputat bildirib ki, kənd təsərrüfatı nazirliyində kadr dəyişikliyi müsbət addımlara gətirib çıxarıb.

“Kənd təsərrüfatında yeni nazir təyin olunduqdan sonra 2018-ci ildə kənd təsərrüfatı məhsullarının ixracı kəskin artıb. Digər sənaye və qeyri-sənaye sahəsində isə müəyyən problem qalmaqdadır”.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Deputat   Vahid-Əhmədov  





Xəbər lenti