“Bəzi çimərliklərdə vəziyyət ürəkaçan deyil” - İdarə rəisi

 “Bəzi çimərliklərdə vəziyyət ürəkaçan deyil” -    İdarə rəisi
  04 İyun 2019    Oxunub:2238
"Bəzi çimərliklərdə çirklənmə o həddə çatıb ki, insanların orada çimməsi təhlükəli hesab olunur"
Azvision.az xəbər verir ki, bunu Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov deyib. Nazirlik rəsmisi bildirib ki, Xəzər dənizinin çirkləndirilməsinin fəsadları və əhaliyə birbaşa təsirləri çimərlik mövsümünün başlaması ilə daha qabarıq görünür.

"Xəzərin çirkləndirilməsinin qarşısının alınması üçün hüquqi və fiziki şəxslərə, obyekt sahiblərinə etdiyimiz çağırışların, xəbərdarlıqların məqsədi indi daha aydın görünür. Çağırış edəndə ki, tullantı sularını dənizə axıtmayın, təmizləyici qurğular quraşdırın, məqsədimiz bu idi ki, insanlarımız təmiz çimərliklərdə istirahət etsinlər. Təəssüf ki, bu gün nəticələr elə də ürəkaçan deyil. Amma reallıq budur ki, bəzi çimərliklərin suyunun təmizliyi qənaətbəxş deyil. Dənizi çirkləndirənlər bilməlidirlər ki, onların yaxınları da dənizdə istirahət edəcək və çimmək istəyəcək. Heç olmasa bundan sonra öz işlərində dönüş yaratsınlar, çirkab suları təmizləmədən dənizə axıtmasınlar".

Aytən Zəhra
Azvision.az




Teqlər: ETSN   Çimərlik   İdarə   Rəis   Monitorinq  





Xəbər lenti