“Hər kəs istədiyi yerdə ov edə bilməz” - Nazirlik

  04 İyun 2019    Oxunub : 611
“Hər kəs istədiyi yerdə ov edə bilməz” - Nazirlik
Azərbaycan ərazisində 2019-2020-ci illər üzrə ov mövsümü 1 iyun tarixindən etibarən açıq elan edilib. Lakin, ov mövsümünün açılması o demək deyil ki, hər kəs istədiyi yerdə ov edə bilər.
Azvision.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. ETSN rəsmisi bildirib ki, vaxtaşırı icazəsiz ov edən şəxslər saxlanılır, cərimə edilir.

"Biz kiminsə cərimələnməsində maraqlı deyilik. Buna görə də ov turizmi ilə məşğul olanların bir çoxunun qaydaları bilmədiklərini və yaxud əməl emədiklərini nəzərə alaraq il ərzində ov qaydaları barədə tez-tez maarifləndirici məlumatlar veririk".

İ.Ibrahimova qeyd edib ki, qaydaları pozmamaq üçün ovçu icazə bileti almalı, icazə verilən əraziləri, ovuna icazə verilən heyvan növlərini və növlərin hansı müddətlərdə ovlanmasını bilməlidir: "Məqsədimiz ov qaydalarından, qoyulan tələblərdən ovçuları xəbərdar etməkdir".

Aytən Zəhra
Azvision.az

Teqlər: ETSN   Nazirlik