Təzə Pir məscidinin ərazisi genişləndiriləcək

  05 İyun 2019    Oxunub : 1079
 Təzə Pir məscidinin ərazisi genişləndiriləcək
"Təzə Pir" məscidinin ərazisi genişləndiriləcək. Bu, ölkə prezidenti İlham Əliyevin fikridir.

Azvision.az xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bildirib.
QMİ sədri qeyd edib ki, yaxın vaxtlarda bununla bağlı elan veriləcək: "Hazırda məsələ ilə bağlı iş aparılır. "Təzə Pir" məscidi Azərbayacan xalqı üçün müqəddəs yer olub. Bu məscid bizim mənəvi simvolumuzdur".



Azvision.az

Teqlər: QMİ   Təzəpir   Məscid