Nazirlik: 37500 hektar ərazidə arpa biçilib

  Nazirlik:  37500 hektar ərazidə arpa biçilib
  05 İyun 2019    Oxunub:2022
"Aqrolizinq" ASC-nin kombaynları tərəfindən 37500 hektar ərazidə arpa biçilib.

Bunu Azvision.az -a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov deyib.
Nazirlik rəsmisi bildirib ki, artıq Aran bölgəsində - Neftçala, Kürdəmir, Biləsuvar, Ucar rayonlarında arpa biçini başlayıb:

"Gələn həftə üçün fiziki şəxslərin biçdikləri məhsulla bağlı məlumat daxil olacaq və yekun məlumat veriləcək. Kombaynlara quraşdırılan GPS işimizi asanlaşdırıb və nə qədər məhsul biçildiyi məlum olur. Keçən il havalar tez isindiyi üçün arpa və buğda eyni vaxtda yetişdi və kombayn problemi yaşandı. Hazırda arpa biçilir, daha sonra taxıl biçiləcək".

Aytən Zəhra
Azvision.az



Teqlər: KTN   Arpa  





Xəbər lenti