Zakir Həsənov “Şöhrət” ordeni ilə təltif edildi

  05 İyun 2019    Oxunub : 1580
 Zakir Həsənov “Şöhrət” ordeni ilə təltif edildi
Prezident İlham Əliyev Zakir Həsənovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Azvision.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasında xidmətlərinə görə Zakir Əsgər oğlu Həsənov “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, iyunun 6-da Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 60 yaşı tamam olur.

Azvision.az

Teqlər: Zakir-Həsənov