Sudanda etiraz aksiyası: Ölü sayı 100-ə çatıb

  Sudanda etiraz aksiyası:    Ölü sayı 100-ə çatıb
  05 İyun 2019    Oxunub:1779
Sudanın paytaxtı Xartumda müxalifətin çadır düşərgəsinin dağıdılması nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb. Bildirilib ki, 40 cəsəd Nil çayından çıxarılıb. Bundan əvvəl 60 nəfərin öldüyü bildirilirdi.

Qeyd edib ki, müxalifət keçid Hərbi Şurasını dinc aksiyanı dağıtmaqda ittiham edib və xalqı bütün ölkədə kütləvi etirazlara səsləyib. Hərbçilər isə öz növbəsində bəyan edirlər ki, əməliyyat nümayişçilərə qarşı deyil, etirazçıların sıralarına soxulmuş cinayətkarların tutulmasına yönəlib.

Azvision.az



Teqlər: Sudan  





Xəbər lenti