İcra başçısı Gəncə “ASAN Xidmət” mərkəzində olub

İcra başçısı Gəncə “ASAN Xidmət” mərkəzində olub
  06 İyun 2019    Oxunub:4814
Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov Ramazan bayramı ərəfəsində Gəncə “ASAN Xidmət” mərkəzinə baş çəkib, burada əhaliyə göstərilən xidmətlərlə tanış olub.
Niyazi Bayramova məlumat verilib ki, Azərbaycan Respublikasınının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Gəncə “ASAN xidmət” mərkəzi 5 ilə yaxındır ki, fəaliyyətdədir. Burada Gəncə ilə yanaşı ərtaf rayonların sakinlərinə də xidmət göstərilir.

Niyazi Bayramov Gəncə “ASAN Xidmət” mərkəzinin xidmətlərindən faydalanmaq üçün gələn vətəndaşlarla görüşüb, söhbət edib. Şəhər rəhbəri göstərilən xidmətlərin səviyyəsi ilə bağlı vətəndaşların fikir və təkliflərini öyrənib. Sakinlərin şəxsi problemlərilə də maraqlanan Niyazi Bayramov, müraciət edən vətəndaşların səsləndirdikləri məsələlərin araşdırılması və qanuna uyğun formada həll edilməsi istiqamətində müvafiq tapşırıqlar verib. İcra başçısı Gəncə “ASAN Xidmət” mərkəzinin kollektivi və könüllüləri ilə də söhbət edib. Gənclər ASAN könüllüsü olmağın onlara qazandırdığı təcrübədən, verdiyi faydadan söz açıblar. Niyazi Bayramov, hər kəsi Ramazan bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.

Azvision.az


Teqlər: Gəncə   ASAN-Xidmət   Nizami-Bayramov  





Xəbər lenti