Gürcüstan parlamentinin sədri: “Azərbaycan strateji tərəfdaşdır”

Gürcüstan parlamentinin sədri:  “Azərbaycan strateji tərəfdaşdır”
  06 İyun 2019    Oxunub:2070
Azərbaycan Gürcüstana dost ölkə və strateji tərəfdaşdır.
Azvision.az "Report"a istinadən xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze iyunun üçüncü həftəsi Azərbaycana səfəri çərçivəsində müzakirə edəcəyi məsələləri açıqlayarkən deyib.

O bildirib ki, iki ölkə arasında sərhəd məsələsi bu münasibətlərə uyğun formada danışıqlar yolu ilə həll olunacaq:

"Azərbaycana rəsmi səfər çərçivəsində Keşikçi Dağı Məbəd-Kompleksi məsələsi, çoxşaxəli ikitərəfli əlaqələr və əməkdaşlığın gücləndirilməsi perspektivləri müzakirə olunacaq".

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidzenin Azərbaycana rəsmi səfəri iyunun 20-21-də baş tutacaq.

Azvision.az
.


Teqlər: Azərbaycan   Gürcüstan  





Xəbər lenti