Xamneyi bayram tədbirinə snayperlə gəldi

   Xamneyi bayram tədbirinə snayperlə gəldi
  06 İyun 2019    Oxunub:3213
İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyinin Tehranda əlində snayper silahı ilə bayram tədbirinə gəlməsi yerli və xarici mətbuatda, eləcə də sosial şəbəkələrdə geniş müzakirə mövzusu olub.
Azvision.az AzərTAc-a istinadən xəbər verir ki, Ramazan ayının son günü Tehranda qılınan bayram namazına rəhbərliyi Ayətullah Əli Xamneyinin özü edib.

Namazdan sonra toplanan kütlə qarşısında çıxış etmək üçün tribunaya çıxan Ali Rəhbər özü ilə Rusiya istehsalı olan “Draqunov” snayper tüfəngi də götürüb.

Ali Rəhbər bayram münasibətilə İran xalqını təbrik edib və İranın heç bir zaman düşmənlər qarşısında yenilməyəcəyini bəyan edib.

Azvision.az



Teqlər:





Xəbər lenti