Türkiyədə fabrik yanıb: Ölən və yaralanan var

 Türkiyədə fabrik yanıb:  Ölən və yaralanan var
  06 İyun 2019    Oxunub:1959
Türkiyənin Kocaeli vilayətinin Çayırova rayonunda yerləşən fabrikin anbarında yanğın olub.
Azvision.az xəbər verir ki, böyük bir ərazini əhatə edən yağını söndürmək üçün 30 yanğınsöndürən maşın cəlb olunub.

Baş verən yanğını 4.5 saat ərzində lokallaşdırmaq mümkün olub. Məlumata görə, bu gün fabrikə işləmək üçün gələn 30 işçidən 4-nün yanmış cəsədi tapılıb. Daha 5 nəfər yaralı şəkildə xəstəxanalara yerləşdirlib.

Yanğının hansı səbəbdən baş verdiyi bəlli deyil. Faktla bağlı araşdırma aparılır.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Türkiyə   Yanğın   Zavod  





Xəbər lenti