Türkiyədə avtoqəza: 1 ailənin 11 üzvü yaralandı

  06 İyun 2019    Oxunub : 579
 Türkiyədə avtoqəza: 1 ailənin 11 üzvü yaralandı
Türkiyənin Diyarbəkir vilayətində mikroavtobus dayanacaqdakı sərnişin avtobusuna çırpılıb.
Azvision.az xəbər verir ki, qəza zamanı avtobusdakı sərnişinlərdən 20 nəfər yaralanıb.

Onlardan 11-i bir ailənin üzvüdür. Yaralı sərnişinlərin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Kənan Məmmədov
Azvision.az

Teqlər: Türkiyə   Qəza   Avtobus   Sərnişin