Gədəbəydə "VAZ" qaçırılıb

  06 İyun 2019    Oxunub : 516
Gədəbəydə "VAZ" qaçırılıb
İyunun 5-də Gədəbəy rayonunun Slavyanka kəndi ərazisindən Maarif kənd sakini T.Xəlilova məxsus “VAZ-21074” markalı avtomobil qaçırılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Gədəbəy RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qasımlı kənd sakini, əvvəllər məhkum olunmuş R.Mahmudov avtomobillə birgə saxlanılıb.

Azvision.az

Teqlər: Gədəbəy   Avtomobil   Qaşırılma   Həbs